Doktor Əbu Əcvə deyib: “Sionist rejimin həbsxana gözətçiləri bizi kiçik və iti daşlarla örtülmüş yerdə uzanmağa məcbur edirdilər, əllərimizi, ayaqlarımızı, gözlərimizi bağlayıb üstümüzə su tökürdülər, sonra da ventilyatorları və kondisioneri işə salırdılar.”
O, əlavə edib: “İsrailli müstəntiqlər və həbsxana gözətçiləri bizə işgəncə vermək üçün 24 saat yüksək səslə musiqi səsləndirirdilər ki, yatmağımıza mane olsunlar.”
Fələstinli həkim deyib: “İstintaqçılar məni iki-üç saat ayaq barmaqlarım üstə durmağa məcbur edirdilər, sonra məni yerə yıxır, üstümə su tökürdülər və üç-dörd nəfər məni döyürdü.”
Doktor Əbu Əcvə əsirlərə verilən işgəncələr haqda sözünə belə davam edib: “Hamamdan istifadə etmək üçün icazə almalı idik. Xəstələrə yuyunmağa icazə verilmirdi. Altı ay yuyunmadığımız və paltarımızı dəyişmədiyimiz üçün qotur tutduq. Bədənim ağrının şiddətindən yanırdı, amma işğalçılar bizə dərman vermədilər.”
Əsirlikdən azad olmuş həkim deyib: “Biz gündə cəmi bir dəfə, onu da krandan gələn isti su içə bilərdik. Sionistlər ayaqqabılarımızı almışdılar və bizi 37 dərəcə istilikdə iki-üç saat ayaqyalın asfalt üzərində dayanmağa məcbur edirdilər.”
Sizin rəyiniz